İspaniyalı mütəxəssis Unai Emeri "Aston Villa" ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, "Barselona" və "Bayern Münhen"in baş məşqçi postuna əsas namizədlərdən biri olduğu barədə informasiyalar yayılan Emeri müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb. Mənbə "Aston Villa" rəhbərliyinin bu yay 52 yaşlı məşqçi ilə yenidən danışıqlar masası arxasına əyləşərək daha uzunmüddətli əməkdaşlıq layihəsini müzakirə edəcəklərini vurğulayıb.
Xatırladaq ki, sözügedən mütəxəssis "Aston Villa"dan öncə "Vilyarreal"ı çalışdırıb. Daha əvvəl "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispan məşqçi 2021/2022 mövsümündə "Vilyarreal"la da analoji uğura imza atıb. O, karyerası ərzində PSJ ilə Fransa çempionluğunu (2018/2019), 2 dəfə Fransa Kubokunu, 2 dəfə Fransa Liqa Kubokunu və Fransa Superkubokunu əldə etməyə də imkan tapıb.
Nihat