"Real Madrid"ın təcrübəli futbolçusu Luka Modriçin "Kral klubu"ndakı gələcəyi qeyri-müəyyəndir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində qalıb-qalmayacağı ilə bağlı qərarını yaxın vaxtlarda qətiləşdirəcək.
38 yaşlı oyunçu ötən yay İspaniyada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından aldığı 100 milyon avroluq təklifi geri çevirib.
Mordiç cari mövsüm bütün turnirlərdə 38 oyuna çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.