"Beşiktaş"ın 18 yaşlı hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyənin "Sabah" qəzeti yayıb.
Xəbərə görə, "Beşiktaş" onu transfer etmək istəyən "Fulhem"in 15 milyon avroluq təklifini geri çevirib. Mənbə ingilislərin geri çəkilmədiklərini, hazırda danışıqların davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, Semih "qara qartallar"ın öz yetirməsidir. Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan gənc forvard 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat