Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda finala adlayıb.
Fanat.Az xəbər verir ki, Ronaldunun komandası “Əl-Xaleej” ilə yarımfinal oyununda üz-üzə gəlib.
Ər-Riyadda keçirilən görüşdə "Əl-Nəsr" 3:1 hesabı ilə qalib gəlib. Bununla da komanda finala adlayıb.
Kriştianu Ronaldu bu görüşdə dubla imza atıb. Daha bir dəfə isə seneqallı hücumçu Sadio Mane fərqlənib.
"Əl-Nəsr" kubokun finalında “Əl-Hilal”la qarşılaşacaq.