Almaniya növbəti mövsüm üçün Çempionlar Liqasında əlavə yer alıb.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Xəbərə görə, bu, Dortmund "Borussiya"sının Çempionlar Liqasının yarımfinal matçında PSJ üzərində qələbəsindən (1:0) sonra mümkün olub. Almaniya növbəti mövsümdə yenilənmiş formatda keçiriləcək Çempionlar Liqasına daha çox klubla qatılmaq üçün əlavə kvota alıb. Beləliklə, Bundesliqadan növbəti Çempionlar Liqasında 5 klub olacaq. Üstəlik, “Borussiya” Çempionlar Liqasını qazansa və çempionatı 5-ci yerdə başa vursa, Almaniyadan 6 komanda Çempionlar Liqasına vəsiqə qazanacaq.
Mirağa