İngiltərə Premyer Liqasında aprel ayının məşqçisi adına namizədlərin adları açıqlanıb.
Fanat.Az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bunlar Mikel Arteta (“Arsenal”), Şon Dayç (“Everton”) və Pep Qvardioladır (“Mançester Siti”).
"Topçular" Artetanın rəhbərliyi altında çıxdıqları son altı oyunda beş qələbə, bir məğlubiyyətlə yadda qalıblar. “Everton”u çalışdıran Şon Days dörd qələbə, bir heç-heçə, bir yenilgiyə şahidlik edib. Qvardiolalı “Mançester Siti” isə son beş matçın hamısında qələbəyə sevinib.
Nihat