Əfsanəvi idmançı Useyn Bolt fransalı ulduz futbolçu, PSJ-nin hücumçusu Kilian Mbappeni yarışmağa dəvət edib.
Fanat.Az "RMC Sport"-a istinadən xəbər verir ki, yamaykalı sprinter kimin daha sürətli olduğunu öyrənmək üçün Mbappe ilə yüz metr məsafəyə qaçmağa hazır olduğunu deyib.
Artıq futbolçu Boltun təklifinə cavab verib. Mbappe əfsanəvi idmançıya qarşı heç bir şansının olmadığını, lakin maraq naminə çağırışı qəbul etməyə hazır olduğunu bildirib: "Onun kimi birini ruhlandırdığımı bilmək çox xoşdur. O, hər kəsin kumiridir. Məncə, hamı Useyn Boltun qaçışını izləmək üçün belə fürsətdən yararlanmaq istəyər. Sadəcə deyə bilərəm ki, yarışda şansım yoxdur. Amma vaxtımız olsa, niyə bunu əylənmək üçün etməyək?".