İngiltərənin "Vest Hem" klubu rəsmi saytı vasitəsi ilə komandanın baş məşqçisi Devid Moyesin cari mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "çəkicdöyənlər" sözügedən çalışdırıcının müddəti bu yay başa çatacaq müqaviləsinin yenilənməyəcəyini bəyan ediblər.
61 yaşlı Moyes 2019-cu ildən indiki vəzifəsində çalışır.
Daha öncə sözügedən mütəxəssisin ispaniyalı Xulen Lopeteqi ilə əvəzlənəcəyi barədə məlumatlar yayılıb.
Nihat