Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç “Yurqorden”ində növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, o, sözügedən klubun U-21 komandasında fərqlənib.
Musa “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında rəqib qapısına yol tapıb. Hücumçu 4:2 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. 22 yaşlı forvard start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində Elit Liqa kubokunda "Norççepinq"lə oyunda da qol vurmuşdu.