Milan "İnter"inin vitse-prezidenti Xavyer Sanetti komandanın hücumçusu Lautaro Martinesin növbəti mövsümə harada başlayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub rəsmisinin sözlərini belə çatdırıb:
"Martines yəqin ki, növbəti mövsümdə də bizim kapitanımız olacaq. O, "İnter"lə müqavilə yeniləyir və qalır".
Xatırladaq ki, Martines 2018-ci ildən "qara-göylər"in uğurları üçün çalışır. Cari mövsüm "İnter" forması ilə bütün turnirlərdə 42 matça çıxan argentinalı 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən forvardın transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat