"Sportinq"in baş məşqçisi Ruben Amorim bir neçə Avropa klubunun diqqət mərkəzində olmasına münasibət bildirib və növbəti mövsümə harada başlayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:
"Mənim müqaviləm var və "Sportinq"də qalıram. Qazandığımız çempionluğu azarkeşlərimizə həsr edirəm. Növbəti mövsüm burada üçüncü çempionluğu bayram etməyə çalışacam".
Xatırladaq ki, "Sportinq" iki gün öncə ümumilikdə 20-ci, Amorimin rəhbərliyi altında 2-ci çempionluğunu qazanıb.
Nihat