"Feyenoord"un baş məşqçisi Arne Slot "Liverpul"a keçəcəyinə işarə edib.
Fanat.Az xəbər verir ki, “The Athletic” niderlandlı mütəxəssisin dediklərini belə təqdim edib:
“Liverpul" - "Tottenhem" oyununun başlanğıcını gördüm. Mən yalnız ilk qolu fərq edə bildim. Əla qol idi! "Liverpul" üçün vacib qələbə oldu. Oraya keçidim rəsmi təsdiqlənsə, İngiltərəyə gedib mersisaydlıların iştirak etdiyi çoxlu matçlara baxacam!
Bəzən həyatda fürsətlər yaranır və ürəyinizin sizə nə dediyini dinləməlisiniz. Seçimimi etmişəim. Xəbərlər yaxın günlərdə və ya həftələrdə olacaq”.
Qeyd edək ki, Slot "Liverpul"da Yürgen Kloppu əvəzləməyə əsas namizəddir.
Mirağa