"Barselona"nın prezidenti Joan Laporta ingilis futbolçu Meyson Qrinvudla şəxsən maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Xetafe"nin prezidenti Anxel Torresə istinadən "Managing Barca" məlumat yayıb.
Torres sözügedən nəşrə açıqlamasında etiraf edib ki, Kataloniya klubundakı həmkarı hücumçu haqda ondan məlumat istəyib: “Laporta məndən Qrinvud haqqında soruşdu. O, bəzi məlumatları öyrənmək istəyirdi. Maraqlandığı sualların hamısına cavab tapdığını düşünürəm”.
Xatırladaq ki, “Mançester Yunayted”in forvardı cari mövsümü “Xetafe”də icarə əsasında keçirir. “Qırmızı şeytanlar” yayda Qrinvudla yollarını birdəfəlik ayırmaq niyyətindədir.
Meyson hazırkı İspaniya La Liqasında 8 qol vurub və 6 məhsuldar ötürmə edib. 22 yaşlı forvard "Atletiko Madrid" və "Yuventus"un da maraq dairəsindədir.
Mirağa