Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Georgi Sudakov karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, onun xidmətində "Çelsi" maraqlıdır. Mənbə "zadəganlar"ın artıq 21 yaşlı oyunçunun təmsilçiləri ilə danışıqlara başladıqlarını vurğulayıb. Sudakovun Ukrayna klubu ilə müqaviləsində təzminat məbləğinin 125 milyon avro olduğu, lakin "Şaxtyor"un sözügedən futbolçunu 65 milyon avroya da sata biləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm Donetsk komandasının forması ilə bütün turnirlərdə 33 matça çıxan Sudakov 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Şaxtyor"la anlaşmasının müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.
Nihat