İspaniya millisinin sabiq hücumçusu Dieqo Kosta vətəni Braziliyada 100-ə yaxın insanı daşqınlardan xilas edib.
Fanat.Az "Cadena SER"ə istinadən xəbər verir ki, hazırda "Qremio"da top qovan Dieqo məşqdən evə qayıdarkən Eldorado do Sulda kömək istəyən bir qrup insana rast gəlib.
35 yaşlı futbolçu xilasetmə işləri üçün "Jeep" markalı avtomobil və motosiklet təşkil edib və 4 dostunu da yardıma çağırıb.
Qeyd edək ki, Braziliyada daşqınlar nəticəsində 80-dən çox insan ölüb.