"Liverpul"un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk cari mövsümün sonunda "qırmızılar"ın baş məşqçi postunda Yürgen Kloppu əvəzləyəcəyi gözlənilən Arne Slot barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "This is Anfield" onun sözlərini belə çatdırıb:
"Hələ heç nə rəsmiləşməyib, ancaq Slotun "Liverpul"un baş məşqçisi olacağı haqda informasiyalar yayılır. Baxarıq.
Qarşıda iki önəmli oyunumuz var. Mövsüm başa çatandan sonra gələcəyə köklənəcəyik. Əlbəttə, böyük dəyişikliklər olacaq. Fikrimcə, bizi maraqlı dönəm gözləyir. Mən "Liverpul"un kapitanıyam və bura gələn istənilən birinə kömək edəcəm. Digər məsələlərə gəlincə, mən kluba inanıram və doğru seçim edildiyinə əminəm".
Nihat