“Çelsi” azarkeşləri cari mövsüm üçün komandanın ən yaxşı oyunçusunu müəyyənləşdiriblər.
Fanat.Az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, səsvermə nəticəsində 22 yaşlı yarımmüdafiəçi Koul Palmer bütün komanda yoldaşlarını qabaqlayıb.
Palmer ötən ilin yayından "Çelsi"də çıxış edir. Bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxan Koul 25 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.