"Barselona"nın baş məşqçisi Xavi Ernandes ilə prezident Joan Laporta və idman direktoru Dekonun təmsil etdiyi rəhbərlik arasında fikir ayrılığı yaranıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, məşqçi komandanı "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva ilə gücləndirmək istəyir. Lakin klub rəhbərliyi bu müqavilənin maliyyə baxımından çox baha başa gəldiyini düşünürlər. Laporta və Deko Niko Uilyams və Dani Olmonu transfer etməyə daha çox meyllidirlər. Xavi isə Silvanı almaqda israrlıdır. Bu üzdən tərəflər arasında yenidən soyuqluq yaranıb.
Bir müddət əvvəl Xavi Ernandesin növbəti mövsüm üçün Kataloniya nəhəngində qalmağa qərar verdiyi açıqlanmışdı.
Mirağa