"Lester"nin hücumçusu Keleti İhenaço karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik "yayıb.
Xəbərə görə, nigeriyalı forvard "Fənərbağça"nın diqqət mərkəzindədir. Müqaviləsi mövsümün sonunda bitəcək futbolçu ilə İstanbul klubu arasında rəsmi danışıqlar yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, Keleti İhenaço 2017-ci ildə "Mançester Siti"dən 28 milyon avroya "tülkülər"in heyətinə qatılıb. O, bu mövsüm Çempionşipdə 28 oyuna çıxaraq 5 qola imza atıb.
Nahid Ustaclı