"Barselona"nın qışda heyətinə qatdığı braziliyalı hücumçu Vitor Rokeyə 30-dan çox klubdan transfer təklifi gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə nüfuzlu AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı futbolçunun Kataloniya klubunda özünü göstərə bilməməsi potensial müştəriləri cəlb edir. Ancaq "Barselona" oyunçu üçün transfer istəklərini rədd edir. Maraqlanan klublar arasında "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Napoli" və "Nitsa" da var. Elə komandalar da var ki, onlar 19 yaşlı hücumçunu icarəyə götürməyə can atır. "Barselona" da Rokenin Avropa futboluna alışa bilməsi üçün onun icarəyə göndərilməsini prioritet variant hesab edir.
Xatırladaq ki, "Barselona" 19 yaşlı Rokenin transferi üçün qışda "Atletiko Paranaense" klubuna 40 milyon avro ödəyib. Cari mövsüm 13 oyunda meydana çıxan gənc hücumçu 2 qol vurub.
Mirağa