“Arsenal”ın mərkəz yarımmüdafiəçisi Tomas Parti karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Mənbənin məlumatına görə, qanalı futbolçu "Qalatasaray"ın maraq dairəsindədir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 20 milyon avro dəyərləndirir.
30 yaşlı oyunçunun "Arsenal" ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Qeyd edək ki, Tomas Parti bu mövsüm "topçular"ın heyətində 12 rəsmi matça çıxıb.
Nahid Ustaclı