İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı məşqçisi adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi "X" hesabı məlumat yayıb.
Siyahıda 5 mütəxəssisin adı var. Bunlar Mikel Arteta ("Arsenal"), Unai Emeri ("Aston Villa"), Xosep Qvardiola ("Mançester Siti"), Andoni İraola ("Bornmut") və Yürgen Kloppdur ("Liverpul").