"Liverpul"un baş məşqçisi Yürgen Klopp sabiq komandasının - Dortmund "Borussiya"sının Çempionlar Liqasının finalına vəsiqə qazanmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini jurnalist Ben Ceykobs şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Borussiya"ya görə çox şadam. Finalda onlara azarkeşlik edəcəm. Ekspertlik etmək? Yox, dəli olmusunuz? Şadam ki, "Borussiya"da hələ də bir yerdə işlədiyim insanlar var. Çempionlar Liqasının finalı böyük nəticədir. Yaxşı tarixdir".
Xatırldaq ki, "Borussiya" ÇL-in yarımfinalında üz-üzə gəldiyi PSJ-ni hər iki oyunda 1:0 hesabı ilə üstələyərək finalda oynamaq hüququ qazanıb. "Arılar" "Uembli"də keçiriləcək həlledici görüşdə "Real Madrid"lə qarşılaşacaqlar.
Nihat