"Real Madrid" rəhbərliyi komandanın 32 yaşlı müdafiəçisi Daniel Karvaxalla bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Relevo" yayıb.
Mənbə "Kral klubu"nun sözügedən oyunçunun müqaviləsinin müddətinin başa çatmasını gözləmədən onunla anlaşma yeniləyəcəyni açıqlayıb. Karvaxalın cari mövsüm ortaya qoyduğu performansın "Real" rəhbərliyini razı saldığı və bu səbəbdən onun 2 illik sözləşməyə də imza ata biləcəyi vurğulanıb.
Xatırladaq ki, 2013-cü ildən yetirməsi olduğu "Real"ın əsas komandasında çıxış edən Karvaxalın klubu ilə indiki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 38 matça çıxan Daniel 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat