"Fulhem"in futbolçusu Tosin Adarabioyo karyerasını digər Premyer Liqa təmsilçisində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, müdafiəçi "Nyukasl"ın diqqət mərkəzindədir. "Fulhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq 26 yaşlı oyunçunun "sağsağanlar"dan gələn təklifə müsbət yanaşdığı bildirilir.
Cari mövsüm "Fulhem"in heyətində 25 rəsmi oyuna çıxan Tosin Adarabioyo bu matçlarda 2 qola imza atıb.
Nahid Ustaclı