Kanada millisində yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, “Lids” və “Leypsiq”in keçmiş məşqçisi Cessi Marş sözügedən yığmanın sükanı arxasına gətirilib.
50 yaşlı mütəxəssisin təyinatını Kanada millisinin mətbuat xidməti açıqlayıb. Amerikalı mütəxəssisin müqaviləsinin müddəti 2026-cı il dünya çempionatının sonuna qədər davam edəcək.
Cessi Marşın əvvəlki iş yeri İngiltərə "Lids" olub. O, 2022-ci ilin fevralından 2023-cü ilin fevralına qədər bu komandanın başında olub. Əvvəllər isə o, Almaniyanın "Leypsiq" və Avstriyanın "Zalsburq" komandalarında çalışıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı Meksika, ABŞ və Kanadada keçiriləcək. 2022-ci ildə Qətərdə keçirilən son dünya çempionatında kanadalılar qrup mərhələsini keçə bilməyiblər.