Türkiyə millisinin qapıçısı Uğurcan Çakır mövsümün sonunda “Trabzonspor”dan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Fotomaç" klubunun prezidenti Ertuğrul Doğana istinadən məlumat yayıb.
Xəbərə görə, klub funksioneri Uğurcanla artıq bu barədə danışdıqlarını, onun Səudiyyə Ərəbistan təmsilçilərindən birinə keçəcəyini bildirsə də, həmin komandanın adını açıqlamayıb.
“Trabzonspor” klubu Uğurcan Çakırın keçidi üçün 10 milyon avro tələb edib.
28 yaşlı qolkiper peşəkar karyerası ərzində yalnız Qara dəniz təmsilçisində çıxış edib.