Premyer Liqanın 34-cü turunun təxirə salınmış "Tottenhem" - "Mançester Siti" matçı ərəfəsində "Arsenal" azarkeşləri nalayiq davranışlar nümayiş etdiriblər.
Fanat.Az "Evening Standard"-a istinadən xəbər verir ki, ötən gecə təxminən saat 2 radələrində bir qrup “Gunners” azarkeşi "şəhərlilər"in qalacağı “Marriott” otelinin yaxınlığında atəşfəşanlıq ediblər.
Arsenal fans set off fireworks outside Manchester City's hotel at 2 a.m. before City's game against Tottenham. 😴🧨pic.twitter.com/7wTL5OOt0b
— CentreGoals. (@centregoals) May 14, 2024
Bununla belə, Pep Qvardiolanın komandasıı həmin vaxt hələ Mançesterdə olublar və yalnız bu səhər Londona gediblər.
Xatırladaq ki, “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində “Arsenal”dan 1 xal geridə olsa da, bir oyun az keçirib. Məhz həmin matç bu gecə oynanılacaq.