"Milan"ın baş məşqçisi Stefano Pioli komandanın 38 yaşlı hücumçusu Olivye Jirunun İtaliya təmsilçisindən ayrılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Milan News" Piolinin sözlərini belə çatdırıb:
"Səninlə işlədiyim üçün fəxr edirəm. Bu, şərəf idi. Səni bağrıma basır, təşəkkürlərimi çatdırıram. Özün də bilirsən ki, möhtəşəmsən. Səni çox möhkəm qucaqlayıram".
Xatırladaq ki, Jiru 2021-ci ildən "Milan"ın formasını geyinir. İtaliya mətbuatı mövsümün sonunda "qırmızı-qaralar"ı tərk edəcək fransalının MLS təmsilçisi "Los-Anceles" ilə müddəti 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə razılaşdırdığını bildirib.
Nihat