Fransa Liqa 1-də mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Fransa Futbolçular və Məşqçilər İttifaqının apardığı sorğuya əsasən, "Brest" komandasının baş məşqçisi Erik Roy Liqa 1-də mövsümün ən yaxşı məşqçisi seçilib.
Baxmayaraq ki, onun komandası ilk "üçlük"də deyil. Hazırda 33 matçda 58 xal toplayan "Brest" turnir cədvəlində 4-cü sırada qərarlaşıb ki, bu, klub tarixindəki ən yaxşı mövqedir. Bu mövqe həmçinin, komandaya növbəti mövsüm üçün Avropa yarışlarında yer almağa zəmanət verir. O, 2023-cü ilin yanvarından "piratlar"a rəhbərlik edir. Komandası ötən mövsümü 14-cü pillədə başa vurub.