"Mançester Yunayted"in keçmiş futbolçusu Ueyn Runi "Mançester Yunayted"in futbolçularını saxta zədələrə görə ittiham edib.
Fanat.Az xəbər verir ki, "The Telegraph" ingilis mütəxəssisin dediklərini belə çatdırıb:
“Bu komandada çox yaxşı oyunçular var, lakin onların çıxışları heç də lazımi səviyyədə deyil. Aldıqları xəsarətlərə diqqət yetirmişəm. Bu oyunçulardan bəziləri oynaya bilərlər. Bunu yüz faiz əminliklə deyirəm. Amma qarşıda Avropa çempionatı və İngiltərə kubokunun finalı var. İndi yorğun olduqları üçün kənarda qalmaq, daha sonra finalda iştirak etmək və nəhayət, Avropa çempionatına hazırlaşmaq asandır. Mən elələrini illərdir görürəm, bələdəm. Düşünürəm ki, zədələnmiş oyunçular hazırda heç bir tərifə layiq deyillər. Unutmayın ki, belə vəziyyətdə bütün günahı məşqçi öz üzərinə götürməli olur".
Bu mövsüm "Mançester Yunayted" zədələrdən ən çox əziyyət çəkən komanda olub. "90 min"-in hesablamasına görə, çempionat ərzində "qırmızı şeytanlar"da 60-a yaxın zədə halı müşahidə olunub.