Moskva "Dinamo"sunun hücumçusu Konstantin Tyukavinin agenti Aleksey Safonov müştərisinin "Atletiko Madrid"ə keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Çempionat" onun sözlərini belə çatdırıb:
"Adama elə gəlir ki, ölkə Tyukavini satır. Bu xəbəri mən yaysaydım, şərh edərdim. Amma yazılanlar şaiyələrdir. Yalan olduğunu deməyəcəm, ancaq şaiyələrə şərh vermək niyyətində deyiləm".
Qeyd edək ki, 21 yaşlı Tyukavin cari mövsüm "Dinamo" forması ilə bütün turnirlərdə 36 matça çıxıb. Bu qarşılaşmalarda 17 qol vuran gənc forvard 10 məhsuldar ötürmə ilə də yadda qalıb. Sözügedən futbolçunun Moskva təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Nihat