"Liverpul"un sabiq hücumçusu Sadio Mane Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Todofichajes" yayıb.
Mənbə 32 yaşlı seneqallının karyerasını İspaniya çempionatında davam etdirəcəyini bildirib. Belə ki, "Jirona" təcrübəli futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Kataloniya klubunun rəhbərliyi UEFA Çempionlar Liqasının növbəti mövsümündə mübarizə aparmazdan əvvəl komandanı gücləndirmək istəyir. Hazırda Sadio Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun ərəb klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna kimi hesablanıb.
"Transfermarkt" Manenin bazar dəyərini 20 milyon avro qiymətləndirir.