"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Provinsiya" yayıb.
Məlumata görə, 21 ildən sonra A Seriyasına yüksələn "Komo" argentinalı forvardın xidmətində maraqlıdır. Mənbə İkardinin Komo gölü sahilində investisiyalarının olduğunu da xatırladıb.
31 yaşlı hücumçunun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nahid Ustaclı