Londonun "Çelsi" klubu sabiq vinger Eden Hazarın 2019-cu ilin yayında reallaşan transferi üçün "Real Madrid"dən pul almağa davam edir.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph”-da çalışan jurnalist Mett Lou məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Real Madrid” yenidən Çempionlar Liqasının finalına yüksəldiyi üçün “Çelsi”yə daha 6 milyon avro bonus ödəyəcək.
Hazar özü payızda karyerasını bitirsə də, bu, "Real"ın "Çelsi"yə ödəməli olduğu bonuslara təsir göstərmir.
"Kral Klubu" 5 il əvvəl reallaşan transfer üçün "Çelsi"yə 100 milyon avro ödəyib, eyni zamanda sövdələşməyə 49 milyona qədər müxtəlif əlavə bonuslar da daxil edib.
Mirağa