"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının final oyunu ərəfəsində "Kral klubu"ndakı qapıçıların performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis La Liqanın 36-cı turu çərçivəsində "Alaves"ə qarşı keçirdikləri matçdan (5:0) sonra belə danışıb:
"Tibo Kurtua bu gün inanılmaz formada idi. O, La Liqada daha bir matça çıxacaq. "Vilyarreal"a qarşı da Tibo oynayacaq. Andrey Lunin isə "Betis"lə görüşdə iş başında olacaq. Sonrasına isə baxacağıq".
Ağır zədə üzündən mövsümün böyük hissəsini buraxan Kurtua sıraya dönəndən sonra çıxdığı 3 oyunda qapısını toxunulmaz saxlayıb. Cari "futbol ili"ndə bütün turnirlərdə 30 matç keçirən Lunin isə bu qarşılaşmalardan 12-də qola üzülməyib.
ÇL-in finalı iyunun 1-də keçiriləcək. "Real" Londondakı "Uembli" stadionunda baş tutacaq həlledici qarşılaşmada Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.
Nihat