"Atletik" İspaniya çempionatının 36-cı turunda səfərdə "Selta"ya (1:2) məğlub olub.
Fanat.Az xəbər verir ki, bilbaolular bu matçda qeyri-adi addımla diqqət çəkiblər.
Hesabda 1:0 öndə olan qonaqlar 61-ci dəqiqədə qapıçı dəyişikliyi edib. Unai Simonun əvəzinə meydana Xulen Aqurrezabala çıxıb. Bundan sonra o, 10 dəqiqə ərzində iki qol buraxıb.
"Relevo"-nun məlumatına görə, bu dəyişikliyin məqsədi Simonun qarşıdan gələn ən yaxşı qapıçı təqdimatında statistik məlumatları korlamasına mane olmaqdır. Söhbət hər oyunda orta hesabla ən az buraxılan qollara görə La Liqada mövsümün ən yaxşı qapıçısı mükafatından gedir. Nominasiyanın qaydasına görə, qapıçı yalnız ən azı 60 dəqiqə oynadığı təqdirdə matçda hesab olunur.
Qeyd edək ki, "Atletik Bilbao" La Liqada 5-ci yerdə qərarlaşıb və Avropa Liqasına vəsiqəni təmin edib.