"Bayern Münhen"in futbolçusu Serj Qnabri AÇ-2024-də Almaniya yığmasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.
Mənbə Qnabrinin zədə səbəbindən millidən kənarda qaldığını vurğulayıb.
Xatırladaq ki, qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək baş tutacaq. Turnirin matçları Almaniyanın 10 şəhərindəki 10 stadionda reallaşacaq.
Nihat