Moskva "Spartak"ının müdafiəçisi Aleksis Duartenin agenti Aqusti Paraxa müştərisinin Braziliyanın "Kruzeyro" klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Paraxa "Çempionat"a belə danışıb:
"Duartenin "Kruzeyro"ya keçəcəyi həqiqət deyil. O, Moskvada xoşbəxtdir".
Cari mövsüm Daurte Rusiya Premyer Liqasında 26 oyuna çıxıb. 24 yaşlı paraqvaylı Rusiya Kubokunda da 6 görüşdə mübarizə aparıb. Arxa xətt oyunçusu bu turnirlərin heç birində məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat