İspaniyanın "Sevilya" klubu təcrübəli futbolçusu Xesus Navasla cari mövsümün sonunda vidalaşacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı ispaniyalının müqaviləsi yeniləməyib.
Xesus "Sevilya"da keçirdiyi oyunların sayına görə rekordçudur (688). O, həmçinin komandası ilə ən çox titul qazanan (8 kubok) oyunçu ünvanına sahibdir.
Qeyd edək ki, Navas 2003-2013-cü illərdə “Sevilya”da çıxış edib. Daha sonra “Mançester Siti”yə keçən oyunçu 2017-ci ildə Əndəlüs klubuna qayıdıb.