İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu mərhələdə “Mes Rafsanjan”la qarşılaşıb.
Bir görüşdən ibarət olan və doğma Təbrizdə baş tutan bu oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda buraxdığı yeganə qol Təbriz klubunun kubokda mübarizəni dayandırmasına səbəb olub – 0:1.
Qeyd edək ki, "Traktor" 2019/2020 mövsümündə İran kubokunun qalibi olub.