Ötən ilin sentyabrından icarə əsasında "Əl-Duhail" klubunda çıxış edən "Aston Villa"nın yarımmüdafiəçisi Filipp Koutinyo Qətərdən də ayrılacaq.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, bu mövsüm Premyer Liqada cəmi 24 dəqiqə oynayan braziliyalı yenə də Unai Emerinin planlarına daxil deyil.
Mənbə onun yay transfer pəncərəsində vətənə qayıda biləcəyini idda edib. "Vasko da Qama" Koutinyonu 4-6 milyon funt-sterlinq aralığında bir məbləğlə icarəyə götürməkdə maraqlıdır.
Braziliyalı vaxtilə "Vasko da Qama"nın gənclərdən ibarət heyətində 9, əsas komandada isə 1 il oynayıb. Əsas kollektivdə çıxış etdiyi müddət ərzində 43 oyuna çıxıb və 5 qol vurub.
Əlavə edək ki, Filipp Koutinyo bu mövsüm “Əl-Duhail”də 20 oyun keçirib və 6 qol vurub, 3 məhsuldar ötürmə edib.