FİFA prezidenti Canni İnfantino ali futbol qurumunun Banqkokda keçirilən 74-cü konqressində məşqçilərin VAR-a müraciət etməsinə icazə verməyi planlaşdırdıqlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, mütəxəssislərin oyun ərzində iki dəfə VAR-a baxılmasını tələb edə biləcəklərini deyib:
"İndi yeni universal VAR texnologiyası yaradılıb. Bu qurğuda daha az kamera var və matçlarda çox sayda hakimə ehtiyac yoxdur. Beləliklə, sistem hər kəs üçün daha da əlçatan olacaq.
Məşqçilər iki dəfə VAR-dan kömək istəyə biləcəklər. Hakimin ilkin qərarı dəyişdirilərsə, məşqçilər imkanını itirməyəcək və iki dəfə videoyazıya baxılmasını tələb edə biləcəklər".
Nihat