PSJ-ni "Real Madrid"ə dəyişəcəyi dəqiqləşən Kilian Mbappe "sizi Paris klubunda kim əvəzləyə bilər" sualını cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Get French Football News" belə çatdırıb:
"PSJ məni heyətinə cəlb edibsə, başqalarını da gətirəcək. Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər. PSJ isə xüsusi klubdur".
Qeyd edək ki, daha öncə İspaniya mətbuatında Mbappenin artıq "Real"la müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzaladığı barədə məlumatlar yayılıb.
Nihat