"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Pro Liqada "qol+ötürmə" rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, 32-ci tur çərçivəsində "Əl-Hilal"a qarşı keçirdikləri qarşılaşmada (1:1) məhsuldar ötürmə ilə yadda qalan superulduz movsümdə 44-cü məhsuldarlıq xalını qazanıb.
Beləliklə, 39 yaşlı portuqaliyalı 2018/2019 mövsümünü 43 belə xalla bitirən Abderrazak Hamdallanı geridə qoyub.
Qeyd edək ki, cari "futbol ili"ndə "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Ronaldu 42 qol və 12 məhsuldar ötürməyə imza atıb.
Nihat