"Beşiktaş" rəhbərliyi məşhur mütəxəssis Joze Mourinyunu baş məşqçi təyin etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bunu İstanbul klubunun vitse-prezidenti Hüseyn Yücel deyib:
“Mourinyu ilə təxminən bir ay əvvəl İstanbulda görüşdüm. Onu “Beşiktaş”da görmək istədiyimi, klubumuza uyğun olduğunu söylədim. Mourinyu “Beşiktaş”ı izləyəcəyini və mənimlə əlaqə saxlayacağını bildirdi. Bir müddət sonra isə zəng etdi və "Beşiktaş"a gəlməyə razılaşdı. Gələn həftə onunla İtaliyada görüşüm var. Artıq "Beşiktaş"da çalışmağa razılıq verib. Biz onun iqtisadi gözləntilərini qarşılamağa hazırıq və sponsorluq dəstəyi üzərində də işləyirik. Mourinyu ilə bağlı məsələyə direktorlar şurasında baxacağıq. Gələn həftə final toplantısını İtaliyada keçirəcəyik”.
Xatırladaq ki, 61 yaşlı Mourinyunun son iş yeri bu ilin yanvarında ayrıldığı “Roma” olub.