"Bayer Leverkuzen" klubunun müdafiəçi Odilon Kossunu Almaniyadan ayrılaraq İngiltərəyə yollana bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Caughtoffside” məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı afrikalı ilə "Liverpul" maraqlanır. Potensial transfer məbləği təxminən 60 milyon avro ola bilər. Kossunu bir neçə klubun maraq dairəsində olsa da, mersisaydlılar futbolçu üçün əsas namizəddir.
Odilon 2021-ci ilin yayından Leverkuzen komandasının rənglərini qoruyur. Ümumilikdə o, 101 matçda iştirak edib, bu matçlarda bir qol vurub, üç məhsuldar ötürmə edib.