İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turunda "Vest Hem"i 3:1 hesabı ilə məğlub edərək ardıcıl 4-cü dəfə çempion olan "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden rekorda imza atıb.
Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, "çəkicdöyənlər"lə görüşdə dubl edən Fil cari mövsüm ölkə çempionatında cərimə meydançasından kənardan vurduğu qolların sayının 6-ya çatdırıb.
Bu, İPL tarixində "Mançester Siti"nin ən yaxşı göstəricisidir.
Qeyd edək ki, bu mövsüm "şəhərlilər"in forması ilə bütün turnirlərdə 50 matça çıxan Foden 26 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Nihat