"Arsenal"ın müdafiəçisi Vilyam Saliba İngiltərə Premyer Liqası (İPL) tarixində heç bir futbolçunun bacarmadığı göstəriciyə imza atıb.
Fanat.Az xəbər verir ki, o, cari çempionatın bütün oyunlarında start "11-lik"də yer alıb və əvəzlənmədən mübarizə aparıb.
Saliba ümumilikdə 3420 dəqiqə oynayıb.
İPL yarananadan 2 il öncə - 1989/1990 mövsümündə "topçular"ın futbolçusu Li Dikson da eyni nəticə ilə diqqət çəkmişdi.
Qeyd edək ki, 23 yaşlı Vilyam 38 çempionat qarşılaşmasında 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat