"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler komandaya uyğunlaşması barədə danışıb.
Fanat.Az xəbər verir ki, son 3 oyunda 4 qol vuran 19 yaşlı türkün dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarıma, baş məşqçiyə və bütün azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm. Mən oynamadığım dönəmdə Karlo Ançelotti həmişə mənimlə danışır, səbrli olmağı məsləhət görür, vaxtımın gələcəyini deyirdi".
Xatırladaq ki, Arda "Real"a ötən ilin yayında "Fənərbağça"dan transfer olunub.
Nihat